Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsinin Nadım şəhərində azərbaycanlı mütəşəkkil cinayətkar qruplaşmalarının üzvləri arasında atışma baş verib.

Open.az "Tumenpro.ru"ya istinadən xəbər verir ki, hadisə dekabrın 1-də baş verib. Atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər ağır yaralanıb. Baş və sinəsindən yaralanan şəxslər reanimasiyaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin əməkdaşları cinayətdə əli olan iki şübhəlidən birini saxlayıblar.

Ölən Akşin Həsənov adlı şəxsin mütəşəkkil qruplaşmalardan birinin lideri olduğu bildirilib. Yaralıların qardaşlar Yalçın və Mais Məmmədov olduğu ortaya çıxıb.

İlkin məlumata görə, münaqişəyə biznesin bölüşdürülməsi məsələsi səbəb olub.

Hadisənin səbəbləri araşdırılır. Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı