Rusiyanın Nijni Tagil rayon məhkəməsində əvvəllər mərhum “qanuni oğru” Rövşən Canıyevin (Lənkəranski) nəzarəti altında olan qrupun üzvlərinə hökm oxunub.

Open.az "mstrok.ru"ya istinadən xəbər verir ki, Telman Vəliyev, İsa Abilov, İlkin Abilov, Mixail Allahverənov, Asim Abbasov, Maskal Vidak, Deniz Qayev, Emil İqidov, Xıdır Hacıyev, Eduard Traksel, Orxan Muradov Roman Lenkov daxil omaqla 12 nəfər azadlıqdan məhrum olunublar.

Onlar suyğunçuluq, silahın qanunsuz dövriyyəsi,yaşayış yerinin toxunulmazlığının pozulması və qəsdən sağlamlığa zərər yetirməkdə günahlandırılıb.

Cinayət işi 40-dan çox həcmdə olub. Hökmün böyük bir hissəsi səbəbiylə, hakim Natalya Seyzer elanı iki günə bölməyə qərar verib. Müqəssirləri dəstəkləmək üçün məhkəməyə 10-a yaxın dost və qohumları gəliblər. Onlardan çoxu hökmün çıxarılması zamanı ağlayıblar. Qadınlardan birinin halı pisləşib, onu iclas zalından çıxarıblar.

Cinayətdə adı hallanan İsa Abilov 9 il, onun qardaşı İlkin Abilov 8,5 il ciddi rejimli həbsxanada cəza çəkəcək. Qalanları isə ümumi rejimli həbsxanada 3 ildən 8 ilə qədər cəza çəkəcəklər.

Gülnar Qafarlı