Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 11-nə olan statistik göstəriciləri açıqlayıb.

Open.az xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 2 040 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 132 nəfər reanimasiyada, 13 nəfər isə süni tənəffüs cihazındadır. Ötən gün bu rəqəmlər müvafiq olaraq 138 və 14 idi.

Ümumilikdə 38 037 nəfər virusa yoluxub, 35 440 nəfər sağalıb, 557 nəfər vəfat edib.

Bu gün 7 108 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 995 376 test aparılıb.

Qeyd edək ki, bu gün 163 koronavirusa yoluxma faktı qeydə alınıb, 171 nəfər sağalıb, 1 nəfər ölüb.