Rabitə kabellərini kəsərək oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-dən Open.az-a verilən məlumata görə, Bakı ŞBPİ və Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 22-də və 24-də “Bakı Telekom Rabitə” MMC-yə və 5 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus rabitə kabellərini kəsərək oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini X.Ələkbərov saxlanılıb.