Abşeron Rayon Polis İdarəsinin əməkdaşları münaqişə zəminində tapançadan havaya atəş açmış E.Əbdülkərmovu saxlayıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Open/az-aa verilən məlumata görə, hadisə avqustun 19-da Abşeron rayonunun Qobu qəsəbəsində baş verib. Qəsəbə sakinləri E.Əbdülkərmov ilə N.Cabbarov arasında baş vermiş münaqişə zəminində E.Əbdülkərmov tapançadan havaya 2 dəfə atəş açıb. Polis tərəfindən saxlanılan E.Əbdülkərmovdan 1 ədəd “Zoraki” markalı pnevmatik tapança və 1 ədəd patron götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.