Bakıda qızın 59 yaşlı atasını bıçaqlaması haqda yayılan məlumatlarla bağlı rəsmi açıqlama verilib.

Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Open.az-a açıqlamasında bildirib ki, Sabunçu rayonunda 1961-ci il təvəllüdlü Vahid İbrahimovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Müvafiq araşdırma aparılıb, vətəndaş ilkin ifadəsində bildirib ki, özü-özünə xəsarət yetirib. Onun qızı tərəfindən bıçaqlanması hazırkı mərhələdə təsdiqlənməyib.

Faktla bağlı Sabunçu RPİ-də araşdırmalar davam etdirilir.