Amerikada uzun müddətdir itkin olan 2 səudiyyəli qızın cansız bədənləri tapılıb.

Gənc qızların anası, cəsədlər tapılmazdan bir gün əvvəl Səudiyyə Ərəbistanının Vaşinqtondakı Səfirliyindən gələn telefon zəngində ABŞ-ı dərhal tərk etmələrinin tələb olunduğunu deyib.

Open.az xəbər verir ki, bütün dünya Səudiyyə Ərəbistanının Camal Qaşıqçını öldürülməsindən danışdığı bir zamanda, ABŞ mətbuatında gündəmə bomba kimi düşən bir iddia ortaya atılıb. Rotana və Tala Farea adlı səudiyyəli bacılar, Amerika Birləşmiş Ştatlarına sığınacaq üçün müraciət etdikdən sonra Nyu Yorkda ölü tapılıb. Gənc qızların anası, cəsədlərin tapılmasından əvvəl Səudiyyə Ərəbistanının Vaşinqtondakı Səfirliyinə gələn telefon zəngində ABŞ-ı dərhal tərk etmələrinin tələb olunduğunu deyib.

Gənc qızların cəsədləri belləri və ayaq biləklərindən bir-birinə bağlanmış vəziyyətdə Hudson Çayında tapılıb.

Amerikan polisi, qızların 450 kilometr uzaqlıqdakı Vircinianın Fairfax şəhərindən Nyu Yorka necə gəldiyini araşdırır. Qızların Corc Vaşinqton Körpüsündən tullanmış ola biləcəyi təxmin edilirdi. Ancaq son məlumatlar bu düşüncəni alt-üst edib. Ekspertiza Mərkəzinə aparılan meyitlərin yarılması nəticəsində, qızların suya girdikdə canlı olduqları müəyyənləşdirilib.

Cəsədlərdə hər hansı bir görünənr travma izinə də rast gəlinməyib. Farea bacıları, 2015-ci ildə analarıyla birlikdə Səudiyyə Ərəbistandan ABŞ-ın Virciniya ştatına mühacirət etmişdi. 16 və 22 yaşlı bacılar, avqust ayından bəri itkin düşmüşdülər.