"Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsidə azyaşlıya qarşı əxlaqsız hərəkət etməkdə şübhəli bilinən şəxs tərəfimizdən tutularaq cinayət məsuliyyətinə cəlb edilib".

Bu barədə Open.az-a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, 1990-cı il təvəllüdlü F.Hüseynov barəsində Cinayət Məcəlləsinin 153.2-ci (əxlaqsız hərəkətlər, eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb.

Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.