Bakı sakini küçədə bıçaqlanıb.

Open.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda baş verib.

Nizami rayonu, Q.Qarayev prospekti 126 ünvanının qarşısında naməlum şəxs Suraxanı rayonu, Hövsan qəsəbə sakini, 1973-cü il təvəllüdlü Əzizov Vasif Tofiq oğluna döş qəfəsinin sol tərəfindən, sol çiyinindən, sağ və sol əl nayihələrindən çoxsaylı bıçaq zərbələri endirib.

Yaralı küçədə ağır vəziyyətdə aşkar edilərək 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Əməliyyat edilsə də, komatoz vəziyyətdə olduğundan dindirilməsi mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Hazırda hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi araşdırılır.