Moskvanın cənub-qərbində kafelərdən birində atışma baş verib.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, atışma nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Bu barədə "Rusiya" qəzeti Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə ötən gün axşam saat 22:30 radələrində Lenin prospektindəki kafedə meydana gəlib.

Yayılan videogörüntülərdə hadisənin bir neçə nəfər arasındakı mübahisədən sonra baş verdiyi qeyd olunub.

Faktla bağlı istintaq başladılıb. Hadisənin səbəbləri araşdırılır.

Gülnar Qafarlı