Maştağada narkotik əməliyyatı keçirilib.

Open.az DİN-ə istinadən xəbər verir ki, Sabunçu polis əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbə sakini C.Hüseynovun evinə baxış keçirilib.

Mənzildən 7 kiloqram 400 qram marixuana aşkar edilərək götürülüb.