Masallı sakinində silah-sursat aşkarlanıb.

Bu barədə Open.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Masallı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Təzə Alvadı kənd sakini, əvvəllər məhkum olunmuş B.Feyzullayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 2 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə onun həyətyanı sahəsindən əlavə olaraq 24 qrama yaxın marixuana, nömrəsi silinmiş “TOZ-16” markalı tüfəng və 24 ədəd patron aşkar edilərək götürülüb.