Nəsimi rayonu ərazisindəki mağazaların birindən pul oğurlamaqda və 1 mağazadan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-dən Open.az-a verilən məlumata görə, Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən rayon ərazisindəki mağazaların birindən 423 manat oğurlamaqda və 1 mağazadan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Quba rayon sakinləri, əvvəllər məhkum olunmuşlar S.Pənahov və A.Həsənov saxlanılıb.