Çerkizov bazarının eks sahibi Telman İsmayılov keçmiş tərəfdarlarının “qanuni oğru” Rövşən Caniyevin (Rövşən Lənkəranski) öldürülməsində əli olması barədə məlumatı təkzib edib.

Open.az Yenicag.az-a istinadən xəbər verir ki, bu barədə biznesmenin vəkili Marina Rusakova məlumat verib. Onun sözlərinə görə, İsmayılov ailə üzvlərinin qanunsuz cinayət təqibindən narahatdır.

Qeyd edək ki, Telman İsmayılov 2 və daha çox insanın qətlə yetirilməsində ittiham olunur.

Xatırladaq ki, 2016-cı ildə Türkiyədə güllələnərək öldürülən kriminal avtoritet Rövşən Lənkəranski isə 2013-cü ildə Moskvada snayper atəşilə öldürülən “qanuni oğru” Aslan Usoyanın (Ded Xasan) qətlinin sifarişçisi hesab olunur.