Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib.

Open.az xəbər verir ki, rayonun Şağlaser kənd sakini Hacıağa Əbilov münaqişə zəminində həmkəndlisi, 1984-cü il təvəllüdlü Vüqar Ağayevi kürəyindən bıçaqlayıb və boğazını kəsib.

V.Ağayev xəstəxanaya çatdırılıb və əməliyyat olunub.

Hadisəni törətməkdə şübhəli bilinən H.Əbilov saxlanılıb.

Faktla bağlı Lənkəran rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.