Bakıda köşkdə işləyən şəxsi bıçaqla hədələyib 650 manat pulu alınıb.

Bu barədəOpen.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini L.Abbaszadə sentyabrın 8-də rayon ərazisində işlədiyi köşkə girən naməlum şəxsin onu bıçaqla hədələyib 650 manat pulunu aldığını bildirib.

Dərhal başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş V.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.