Bakıda kombi oğrusu tutulub.

Open.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 3-də rayon ərazisindəki evlərin birindən kombi aparatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Muradov saxlanılıb.

Onun Ə.Çobanovanın velosipedini oğurlaması da müəyyən edilib.