Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş məhkumu qətlə yetirməkdə təqsirləndirilən Etibar Qəhrəmanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Open.az-ın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası dekabrın 21-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin avqust ayında Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsində baş verib.

Belə ki, 1974-cü il təvəllüdlü E.Qəhrəmanov həmyerlisi, 1983-cü ildə anadan olmuş Əlizadə Xanzadəni qətlə yetirib.

Onların hər ikisi əvvəllər məhkum olunmuş şəxslərdir.

Daha sonra E.Qəhrəmanov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.