İtaliyalı futbol hakimi Daniele De Santis və sevgilisi mənzillərində qətlə yetiriliblər.

Open.az xəbər verir ki, hadisə ötən gecə Leççedə baş verib.

33 yaşlı hakim və onun 30 yaşlı sevgilisini naməlum şəxslər bıçaqlayaraq qaçıblar.

Qeyd edək ki, De Santis daha çox C seriyasının oyunlarına təyinat alıb.