İsmayıllı rayonunda intihar hadisəsi baş verib.

Open.az xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, rayon sakini 25 yaşlı İsmayılov Elşad Səfəralı oğlu yaşadığı evin həyətində özünü asıb.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb.

Qeyd edək ki, Elşad İsmayılov ailəlidir, 3 azyaşlı uşağı var.

Faktla bağlı araşdırma aparılır.