Məşhur amerikalı mütəşəkkil cinayətkar dəstə lideri Ceyms Uitney Bulger, həbsxanada qaldığı kamerada ölü tapılıb.

Open.az xəbər verir ki, ABŞ mətbuatında yer alan xəbərə görə, Floridada qaldığı zindandan Vest Virciniyada başqa həbsxanaya nəql edilən Ceyms Uhitney Bulger, kamerasında ölü tapılıb.

ABŞ Federal İstintaq Bürosunun (FBI) 16 illik axtarışından sonra, 2011-ci ildə Kaliforniyada yaxalanan Bulger, 2013-ci ildə 11 cinayətdən məhkum olunmuşdu. Bostondakı İrlandiya mafiyasının öndə gələn adlarından biri olan Bulgerin həyat hekayəsi bir çox filmin mövzusu olub.

2006-cı ildə Akademiya mükafatı laureatı "Köstəbək" və 2015- ci ildə çəkilən Cini Depin də baş rolunu oynadığı "Qara nizam" adlı film, Vinter Hil dəstəsinin lideri Bulgerin həyatından ruhlanaraq çəkilmişdi.

Məşhur dəstə liderinin ölüm səbəbinə dair hələ ki, rəsmi bir açıqlama verilməyib.