Gürcüstanın Qurcaani bələdiyyəsinin Vecini kəndində dəhşətli qətl hadisəsi baş verib.

Open.az xəbər verir ki, ata üç aylıq körpəsini bıçaqla öldürüb.

Kişi həyat yoldaşını da qətlə yetirməyə cəhd edib. Qadın müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya çatdırılıb.

Saxlanılan şəxs günahını etiraf edib. Qətldə istifadə edilən bıçaq maddi sübut kimi müsadirə olunub.

Faktla bağlı ağırlaşdırıcı hallarda ailə üzvünü qəsdən qətlə yetirmə maddəsi üzrə cinayət işi açılıb. Bu cinayət əməlinə görə 13 ildən 17 ilədək həbs cəzası nəzərdə tutulub.