Gürcüstanda üç azərbaycanlıya atəş açmaqda ittiham olunan 48 yaşlı sakin saxlanılıb.

Open.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hadisə ötən gün Qaçiani kəndində baş verib. Kəndin sakinləri arasında mübahisə başlayıb.

Münaqişənin gedişatında Gürcüstan sakini “Naqan” markalı tapança ilə üç azərbaycanlıya atəş açıb.

Silahlı şəxs polislər tərəfindən saxlanılıb. Onu 9 ildən 13 ilədək həbs cəzası gözləyir.

Gülnar Qafarlı