Gəncədə bıçaqlanma olub. Open.az xəbər verir ki, hadisə "Yaşıl Bazar"ın yaxınlığında qeydə alınıb. 2005-ci il təvəllüdlü İbrahimov Elsun Zaur oğlu bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı polisə məlumat verilib.

Cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, E.İbrahimov orta məktəb şagirdidir.