Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Open.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin şərq çıxışında məcbüri köçkünlər üçün salınan yeni qəsəbənin yaxınlığında qeydə alınıb. Belə ki, Kəlbəcər rayon sakini, 2005-ci il təvəlüdlü Nihat Cəfərli bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya yerləşdilib. Əməliyyat olunan gəncin vəziyyəti kafidir.

Faklta bağlı Kəlbəcər rayon Polis Şöbəsində araşdırma aparılır.