Neftçalada bıçaqlanma hadisəsi baş verib.

Open.az-ın məlumatına görə, hadisə rayonun 20 Yanvar küçəsində qeydə alınıb. Rayon sakini, 1981-ci il təvəllüdlü Təbriz Məmmədovla həmyerlisi, 1978-ci il təvəlüdlü Ramil İmanov arasında mübahisə düşüb. Mübahisə qanlı müqanişə ilə bitib.

Belə ki, Təbriz Məmmədov tanışının üzərinə bıçaqla hücum edərək ona alın nahiyyəsindən bir zərbə vurub. R. İmanov cəld bıçağı T. Məmmədovun əlindən alaraq onun ürəyindən sancıb.

T. Məmmədov rayon mərkəzi xəstəxanasına çatdırılıb və əməliyyat olunub.

R. İmanov isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Səlcuq Elçin