Qubada bağ sahəsindən 1 ton alma oğurlayan 4 nəfər saxlanılıb.

Open.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyindən bildirilib ki, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 30-da H.Abdullayevə məxsus bağ sahəsindən 1 tol alma oğurlamaqda şübhəli bilinən Əliməmmədoba kənd sakinləri M.Gəncəliyev, Z.Niftəliyev, R.Şıxməmmədov və Z.Feyzullayev saxlanılıblar.