Bakıda bıçaqlanma hadisəsi baş verib.
Open.az “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, 1-ci Mədən deyilən ərazidə qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Kərimov Mürvət naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona bel nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.