Biləsuvar rayonunda qətl hadisəsi baş verib.

Open.az xəbər verir ki, hadisə gecə saatlarında Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

Belə ki, rayonun Nərimankənd kənd sakini, 1982-ci il təvəllüdlü Vəliyev Elxan 3 bıçaq zərbəsi ilə qətlə yetirilib. E.Vəliyevin bacısının yoldaşı, rayon sakini Heydərov Ayxan Emin oğlu arasında mübahisə yaranıb. Bu zaman A.Heydərov yeznəsini küçədə bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı araşdırma aparılır.