Bərdə şəhər sakininin evinə baxış zamanı narkotik vasitələr, müvafiq sənədləri olmayan odlu silah və saxta əskinaslar aşkar edilərək götürülüb.

DİN-dən open.az-a verilən məlumata görə, faxil olmuş məlumat əsasında Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini S.Salmanzadənin evinə baxış zamanı 170,49 qram heroin, 11,01 qram tiryək, 19,79 qram marixuana, 63 ədəd çətənə toxumu, 30,86 qram metamfetamin, 8,39 qram metadon, 2,24 qram kalsium-permanqanat, 10 ədəd tramadol həbləri, 2 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngləri, 18 ədəd müxtəlif çaplı patron, 1 ədəd 100, 1 ədəd 50, 1 ədəd 20, 6 ədəd 5 və 1 ədəd 1 manatlıq saxta əskinaslar aşkar edilərək götürülüb.