Salyanda bank hesablarından oğurluq edən şəxs saxlanılıb. Open.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini T.Abbasova sentyabrın 4-də bank hesabından 176 manatının çıxarılaraq oğurlandığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qarabağlı kənd sakini R.Zalıyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun 2018-ci ilin iyul ayından cari il sentyabrın 9-dək olan müddətdə atasının da bank hesabından 1300 manat çıxararaq oğurlaması müəyyən edilib.