Bakıda bıçaqlanma hadisəsi baş verib.

Open.az xəbər verir ki, “Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Zabrat qəsəbəsində 1979-cu il təvəllüdlü Niyaməddin Həsənov kiçik qardaşı tərəfindən iki bıçaq xəsarəti alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı onun boyun və qarın boşluğunda kəsilmiş-deşilmiş yaralar aşkarlanıb. N.Həsənov cərrahi əməliyyat olunub.

İlkin məlumata görə, hadisəni törədən şəxs sərxoş imiş.

Faktla bağlı araşdırma aparılır.