Bakıda qardaş bacısını qətlə yetirib.

Open.az-ın xəbərinə görə, hadisə fevralın 6-da, paytaxtın Nəsimi rayon ərtazisində qeydə alınıb.

Belə ki, Zəngilan rayon sakini, 1963-cü il təvəllüdlü, Sahib Cəfərov bacısı, 1967-ci il təvəllüdlü Tovus Cəfərovanı qısqanclıq zəminində boğazını ülgünclə kəsərək qətlə yetirib.

Daha sonra S.Cəfərov Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə könüllü gələrək törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsədən adam öldürmə) maddəsi ilkə cinayət işi başlanılıb.