Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Open.az-ın Avtosfer.az-a istinadən məlumatına görə, Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində (Ayna Sultanova heykəlinin yanı) “Toyota Land Cruiser” markalı avtomobil yolu keçmək istəyən qadını vurub. Görüntülərdə avtomobilin yavaş sürətlə hərəkət etdiyi görünür.

Qadın isə yolu asta sürətlə keçir. Qadını sanki heç görməyən sürücü onu vurur və ardınca üzərindən keçir. Yoluna davam edərək bir az öndə dayanır.

Hadisə nəticəsində qadın yerindəcə keçinir. Sükan arxasında olan sürücünün mobil telefona başı qarşıdığı ehtimal olunur.

Ürəyi zəif olanların baxması məsləhət deyil!