11:16

Bakının Xətai rayonunda dəhşətli cinayət faktı qeydə alınıb.

Open.az xəbər verir ki, bu barədə Oxu.Az-a Xətai Rayon Prokurorluğundan məlumat verilib.

Qəddar cinayətin qurbanı 1949-cu il təvəllüdlü Qreçneva Valentina Aleksandrovna olub.

Telnova küçəsindəki mənzildə qadının üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Qəsdən adam öldürmə faktı ilə Azərbaycan CM-nin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

İlkin ehtimala görə, qadının qətlində oğlunun əli var. Cinayəti törədən şəxs gizlənib. Hazırda 34-cü Polis Bölməsinin əməliyyatçıları şübhəli şəxsin axtarışına başlayıblar.

***

Bakıda törədilən qətlin üstü açılıb.

Open.az xəbər verir ki, Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, araşdırmalar nəticəsində 70 yaşlı Qreçneva Valentina Aleksandrovnanın gəlini tərəfindən qətlə yetirildiyi məlum olub.

Gəlini onun başına küt alətlə vuraraq öldürüb.

Hadisəni törədən şəxs artıq saxlanılıb.