Bakıda ərlə arvadın evdə meyiti tapılıb.

Open.az qafqazinfo-ya istinadən xəbər verir ki, dekabrın 12-si gecə saatlarında Binəqədi rayonu, 1-ci mədəndə yaşayan 1992-ci il təvəllüdlü Səddam Qəhrəmanlı və arvadı, 1999-cu il təvəllüdlü Ramilə Mustafayeva yaşadıqları evdə ölüblər. Onları Səddamın qardaşı Toğrul hamamda ölü vəziyyətdə tapıb. Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə tibb ekspertizası təyin edilib.

Müəyyən edilib ki, hamam evdən ayrı tikili formasında olub və hamamda axımlı su qızdırıcısı quraşdırılıb. Meyitlərin üzərində zorakılıq əlamətləri müşahidə edilməyib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.