Bakıda bıçaqlanma hadisəsi baş verib. Open.az "Report"a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi adlanan ərazidə qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü Cəlalov Sərvan naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyilə xəstəxanaya çatdırılıb.

Ona sağ budunun kəsilmiş deşilmiş yarası diaqnozu qoyulub və əməliyyata götürülüb. Faktla bağlı araşdırma aparılır.