Qətl törətməkdə təqsirləndirilən Kənan Əsgərovun cinayət işi üzrə m əhkəmə prosesi başa çatıb.

Open.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəsində hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son söz deyib. O, bildirib ki, hadisə vaxtı özünü müdafiə edib: "Müdafiə eləmişəm, yoxsa o məni öldürəcəkdi. Bu qədər haqsızlıq olmaz. Onu ölməsinə görə peşnanam. Lakin onu qəsdən öldürməmişəm. Nədə hər hansı xuliqanlıq etməmişən".

Hakimlər kollegiyasınn hökmünə əsasən Kənan Əsgərov 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 16-da Səbail rayonu, İçərişəhər ərazisində baş verib. Bakı şəhər sakini Kənan Əsgərov münaqişə zəninində tanışı Vüqar Cəfərovu bıçaqlayaraq qətlə yetirib. Hadisənin səbəb isə tanışlar arasında pul söhbəti olub. Belə ki, Kənan Əsgərov İsrafil adlı tanışından 100 manat pul alıb. Bir müddət sonra Vüqar İsrafilə çatacaq 100 manatın ona çatacağını deyib. Lakin Kənan bununla razılaşmayaraq puu İsrafilə qaytaracağını bildirib. Bundan qəzəblənən Vüqar Cəfərov Kənan Əsgərovun ünvanına söyüş söyüb. Tərəflər arasında əlbəyaxa dava olub. Bundan sonra K. Səfərov üzərində gəzdiriyi bıçaqla V. Cəfərovu bıçaqlayıb. Yaralı xəstəxanaya aparılan zaman keçinib.

Ona Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 221-ci (xuliqanlıq) maddələri ittiham verilib.

Kənan Əsgərov əvvəllər də məhkumluq həyatı yaşayıb. Hətta sonuncu cinayətini törətdiyindən bir müddət əvvəl Nizami rayon Məhkəməsinin hökmü ilə şərti azadlığa buraxılıb.

Səlcuq Elçin