Bakı şəhər sakinidən müvafiq sənədləri olmayan, lüləsi kəsilmiş tüfəng və 2 ədəd patron aşkar edilərək götürülüb.

DİN-dən Open.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Əsgərovdan müvafiq sənədləri olmayan, lüləsi kəsilmiş “TOZ-16” markalı tüfəng və 2 ədəd patron aşkar edilərək götürülüb.