Bakıda quldurluq olub.

Open.az-ın məlumatına görə, hadisə ötən gecə saatlarında paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Lökbatan-Xocasən yolunda yerləşən Murad şadlıq evinin yanında naməlum 3 nəfər Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Tofiq Tapdıq oğlu Əmirzadənin idarə etdiyi "VAZ-2107" markalı avtomobilə miniblər. Onlar 25 yaşlı sürücünün boğazına bıçaq dirəyib ölümlə hədələyiblər və daha sonra T. Əmirzadənin şalvarından 60 manat pul götürüb hadisə yerindən qaçıblar.

Zərərçəkənin şikayəti əsasında Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxslərin axtarışa başlanıb.

Səlcuq Elçin