Azərbaycanlı qadınları cinsi istismara məruz etməkdə təqsirli bilinən Vilayət Məsimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Open.az-əın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Vilayət Məsimov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Vilayət Məsimov Azərbaycan vətəndaşı olan bir qadını Türkiyəyə aparıb və orada fahişəliyə məcbur edilməsində iştirakçı olub. Vilayət Məsimov qadın alveri ilə məşğul olan dəstənin üzvü olub. O, Azərbaycan vətəndaşı olan Səbinə Əhmədovanı (ad və soyad şərti verilib – red.) Türkidəyə olan dəstənin digər üzvlərinə təhvil verib. Dəstənin digər üzvləri Səbinə Əhmədovanı Türkiyədə kişi müştərilərlə görüşdürüb, cinsi əlaqədə olması müqabilində maddi gəlir əldə ediblər. Qadın Azərbaycana qayıdandan sonra İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə şikayət edib. Onun şikayəti əsasında Vilayət Məsimov həbs edilib. İstintaq orqanı tərəfindən Vilayət Məsimovun barəsində Cinayət barəsində 144-cü (insan alveri) maddəsi ilə ittiham edilib.

Səlcuq Elçin