Şirvan şəhəri, M.Araz küçəsi, 22 ünvanında yerləşən fərdi yaşayış evində gecə saat 3 radələrində ölüm hadisəsi baş verib.

Open.az xəbər verir ki, APA-nın məlumatına görə, ruhi xəstə 1933-cü il təvəllüdlü Əkbərov Nadir İbadulla oğlunu baş nahiyəsindən balta ilə vuraraq qətlə yetirib.

Meyit Şirvan Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə aparılıb.

Qeyd edilir ki, adıçəkilən ünvanda ruhi xəstə olan bacı və qardaş dözülməz şəraitdə yaşayırlar. Qətl hadisəsini də onlardan biri törədib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları və kriminalistlər tərəfindən qətlin törədildiyi yer müayinə edilir, istintaq hərəkətləri həyata keçirilir.

Faktla bağlı Şirvan Rayon Prokurorluğu tərəfindən cinayət işinə başlanılıb, araşdırma aparılır.