İmişlidə avtomobildən soyuq silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Ağcabədi rayon sakini N.Tağıyevin idarə etdiyi “BMW” markalı avtomobildən 1 ədəd bıçaq, 2 ədəd dəyənək, 1 cüt əlcək və 1 ədəd yapışqanlı lent aşkar edilərək götürülüb.

Araşdırma aparılır.