Ağstafa rayonunda intihar hadisəsi olub.

Open.az xəbər verir ki, hadisə Dağ Kəsəmən kəndində qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Xəyal Hüseyn oğlu Xaşalov özünü asaraq intihar edib.

Faktla bağlı araşdırmalara başlanılıb.