Ağdaşda ər arvadını qətlə yetirib.

Open.az xəbər verir ki, hadisə rayonun Nehrəxəlil kəndində baş verib.

Kənd sakini, 1995-ci il təvəllüdlü Nuranə Elbrus qızı Səttarova əri, 1988-ci il təvəllüdlü Tural Tahir oğlu Səttarov tərəfindən 8 bıçaq zərbəsi ilə öldürülüb.

Məlumata görə, onlar 2012-­ci ildə ailə həyatı qurublar. Kənd sakinlərinin sözlərinə görə, bir həftə əvvəl ailə münaqişəsi zəminində tərəflər arasında söz-söhbət yaranıb. Bundan sonra N.Səttarova atası evinə gedib. Bu gün günorta saatlarında T.Səttarov qayınatasının evinə gedərək yenidən həyat yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı T.Səttarov N.Səttarovaya bıçaq zərbələri endirib.

Qeyd edək ki, cütlüyün üç azyaşlı övladı var.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.