Ağdamda ana körpə qızını qətlə yetirib.

Open.az ONA-ya istinadən xəbər verir ki, rayonun Qərvənd kəndində məskunlaşan 1992-ci il təvəllüdlü İsmayılova Günel Şahsevər qızı ailə münaqişəsi zəminində on aylıq körpə qızını boğaraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

G.İsmayılova saxlanılaraq Polis Şöbəsinə aparılıb. Hadisənin təfərrüatı araşdırılır.