ABŞ-ın Tennesi ştatındakı həbsxanalardan birində cəza çəkən Edmund Zaqorski 5 ildən sonra ölkədə elektrik stulu ilə edam olunan ilk məhkum olacaq.

Open.az "TASS"a istinadən xəbər verir ki, bu barədə "USA Today" qəzeti məlumat verib.

Cinayətkar 1983-cü ilin aprel ayında ondan narkotik almaq istəyən iki nəfəri öldürdüyü üçün həbs edilib.

Qeyd edək ki, sonuncu dəfə 2013-cü ildə Virciniya ştatında qatil elektrik stulunda edam olunub.

Gülnar Qafarlı