Tovuz rayonunda qətl hadisəsi baş verib.

Open.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Yanıqlı kəndində qeydə alınıb.

Kənd sakini, 1971-ci il təvəllüdlü Abdiyev Oqtay Mikayıl oğlu münaqişə zəminində həmkəndlisi, 1949-cu il təvəllüdlü Tağıyev Cəlal Səməd oğlunu bıçaqlayıb.

Yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.