Ukraynada hannibalizm hadisəsi qeydə alınıb.

Open.az xəbər verir ki, Ukraynada yaşayan Aleksandr adlı 41 yaşlı kişi sevgilisini bişirib yeyib.

O, ifadəsində sevgilisinin ayaqlarını qızardıb yediyini etiraf edib. Aleksandr münasibətdə olduğu qadını bişirməzdən əvvəl boğazını kəsərək onu öldürüb.

O, qadının öldüyünə əmin olduqdan sonra onun ayaqlarını kəsib, qalan bədən üzvlərini isə kisəyə yığıb.

Aleksandr bədən hissələri yığılmış kisəni evindən 1500 metr məsafədə yerləşən çayın yaxınlığındakı qamışlıqda gizlədib.

İnsan hissələri yığılmış kisəni görən şəxslərin polisə məlumat verməsi nəticəsində olayın üstü açılıb.

Aleksandr polis tərəfindən saxlanılarkən ac olduğuna görə sevgilisini bişirib yediyini söyləyib.

O, 15 il müddətinə azadlıqdan məhrum edilib. (Milli.az)