"Təkcə 2017-ci ildə dünyada məişət zorakılığı zəminində 87 min qadın qətlə yetirilib".

Open.az xəbər verir ki, bu sözləri Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsinin rəis müavini Sübhi Kazımov deyib. Onun sözlərinə görə, bu problem uzun müddət ərzində öyrənilməyib, gizlədilib və məxfi saxlanılıb.

''2018-ci ildə məişət zorakılığı ilə əlaqədar 19 icra sənədi olub. Onlardan 15-nin icrası təmib edilib, 4-ü isə növbəti, yəni 2019-cu ilə keçirilib. İcra sənədlərinin 7-si məhkəmələr tərəfindən verilən uzunmüddətli, 12-i isə yerli icra orqanları tərəfindən verilmiş qısa müddətli orderlərdir. Məişət zorakılığına qarşı aparılan mübarizənin səmərəliliyi daha çox məhkəmə araşdırmalarının keydiyyətini, zərərçəkmiş şəxslərin ədalətli məhkəmə hüququnun təmin edilməsi, onlara küyfiyyətli hüquqi yardımən göstərilməsindən çox asılıdır. 2017-də Azərbayanda qadın hakimlərin sayı 12 faiz olubsa, 2018-ci ildə bu rəqəm 14.9 faiz olub. Məişət zorakılığı halları ailə üzvləri tərəfindən törədildiyi üçün bir qayda olaraq təkrarlanır. Qəbul edilən “Mediasiya”haqqında qanun ailə daxili münazibətlərin mediatorlar vasitəsilə tənzimlənməsi, mübahisələrin həllində mühüm əhəmiyyət kəsb edir. Məişət zorakılığının qarşısının alınması yollarından biri də konfliktin barışıq yolu ilə aradan qaldırılması və ailəbin qorunması metodudur. Fikrimcə, məişət zorakılığı qurbanlarının iqtisadi zərərlərinin hesablanmaaı metodolpgiyasına mənəvi zərərin əmsal kimo əlavə edilməsi məqsədəuyğunluğunun öyrənilməsi də vacibdir'', - deyə rəis müavini bildirib.